Sergey Lavrov Stoltenberqə: "Münaqişə dondurulmursa, onda döyüşərik"

 17:47 20.06.2023     313

“NATO-nun Baş katibi Yens Stoltenberq münaqişənin dondurulmasını istəmirsə, deməli, döyüşmək istəyir. Onda döyüşək”.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında deyib.

O bildirib ki, Y.Stoltenberqin bu açıqlaması Qərbin müharibəni davam etdirmək istəyindən xəbər verir.

Qeyd edək ki, iyunun 19-da Y. Stoltenberq söyləyib ki, NATO Rusiya-Ukrayna müharibəsinin dondurulmasının əleyhinədir.