İrəvanı tarakan basıb
Ermənistanın paytaxtı İrəvan şəhərini natəmizlidən tarakan basıb.
Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, tarakanlar daha çox Kentron inzibati rayonda yayılıb.
Axşam saatlarında Ermənistan paytaxtında tarakanları hər yerdə görmək olar:
Respublika meydanındakı fəvvarələrdən tutmuş ona bitişik küçələrə və daha sonra İsaakyan küçəsinə qədər.
Kütləvi “tarakan yarışlarının” kimin yurisdiksiyasında olduğunu öyrənmək üçün “Sputnik Ermənistan” İrəvan meriyasına və Respublika Səhiyyə Nazirliyinə müraciət etsə də, bu idarələrin mətbuat xidmətləri bu problemi həll etməyin onların işi olmadığını bildiriblər.
2019-cu ildə oxşar vəziyyət yarandığından Sputnik Ermənistan bu məsələnin o zaman necə həll olunduğunu öyrənmək üçün paytaxtın Kentron inzibati dairəsinin keçmiş rəhbəri Viktor Mnatsakanyana müraciət edib.
"İndi problemi təcili həll etmək lazımdır. O, Kentron inzibati dairəsinin kommunal şöbəsinin yurisdiksiyasındadır", - Mnatsakanyan bildirib.
Onun sözlərinə görə, vaxtilə İrəvan hakimiyyəti dezinfeksiya işləri (dezinseksiya və dezinseksiya) üzrə tenderlərin qaliblərindən binaların giriş, dam və zirzəmiləri ilə yanaşı, bu ərazilərlə də məşğul olmağı xahiş edib.
"Problemi yarım saata, iki zənglə həll etmək olar. İrəvanın ən məsuliyyətli, ən vacib ictimai məkanında belə vəziyyət olmamalıdır. Əgər tarakanlar vətəndaşların, turistlərin ayaqları altında qaçırsa, bu gözəl işıqlandırma kimə lazımdır?",-Mnatsakanyan bildirib.
O vurğulayıb ki, Kentron inzibati rayonu yaxşı təmizlənmir. Məsələn, Respublika meydanında çoxlu yemək qalıqları var, həm də yay olduğu üçün ərazi rütubətli olduğundan tarakanların çoxalması üçün hər cür şərait yaradılıb.
Tunar Altunbay