Bu ölkədə avtomobil ustaları çatışmır

 21:46 20.06.2023     386

Rusiyada avtomobil xidmətləri ixtisaslı işçi çatışmazlığı ilə üzləşib.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, avto-servislərdə vakant yerlər də artır.

Kadr çatışmazlığı ilk növbədə avtomexaniklərin, diaqnostiklərin, şassi mütəxəssislərinin, eləcə də kuzovun təmiri və rənglənməsi sahəsində hiss olunur.

Bundan başqa, ehtiyat hissələrinin seçilməsi üzrə müfəttişlər, inzibatçılar və məsləhətçilər, hətta işlənmiş avtomobillərin satıcıları da çatışmır.

Kadr çatışmazlığı müxtəlif yollarla qiymətləndirilir. Bəzi bölgələrdə kadr çatışmazlığı tələb olunan kadr sayının 30-40%-nə çatır.

Tunar Altinbay