ABŞ Tehranla İranın nüvə sazişini müzakirə edir?

 08:54 21.06.2023     270

“Vaşinqton İranın nüvə proqramı ətrafında vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə məşğul deyil və Tehranla razılaşmanı müzakirə etmir”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, hazırda iki dövlət arasında heç bir sövdələşmədən söhbət gedə bilməz:

“Onların (İranın - Qeyd) nüvə ambisiyaları ilə bağlı ABŞ prezidenti Cozef Bayden açıq şəkildə bildirib ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. O, belə bir nəticəyə diplomatik yollarla nail olmağımıza üstünlük verərdi. Amma hazırda bu məsələdə diplomatiyaya fikir verilmir.

Mövcud vəziyyət o demək deyil ki, Bayden problemi diplomatiya yolu ilə həll etmək öhdəliyindən imtina edib. Bununla belə, prezident nüvə silahına malik İranın nəticəsinin mümkün olmadığına əmin olmaq üçün ixtiyarında başqa variantların olmasını istəyir”.

O əlavə edib ki, Vaşinqtonun həqiqətən də Tehranla apardığı danışıqlar sövdələşməyə deyil, İranda saxlanılan Amerika vətəndaşlarına aiddir.