Moskva üzərində üç pilotsuz təyyarə vuruldu

 09:15 21.06.2023     466

Rusiyanın Moskva vilayətinin Naro-Fominsk rayonunda elektron aparatların köməyi ilə  üç pilotsuz uçuş aparatı vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.

“Yeni Moskvada, Lukino kəndi yaxınlığındakı tarlada, eləcə də Moskva vilayətindəki Taman diviziyasının yerləşdiyi ərazidə heç bir obyektə zərər vermədən yerə düşən üç pilotsuz təyyarə elektron döyüş vasitəsi ilə vurulub. Qalıqlar ekspertizaya göndəriləcək”, - mənbə bildirib.

İlkin məlumatlara görə, hadisə nəticəsində itki yoxdur.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.

Tunar Altunbay