ABŞ gizli şəkildə İranla danışıqları bərpa edib?

 09:59 21.06.2023     748

ABŞ Prezidenti Co Baydenin administrasiyası İranla dolayı danışıqlar yolu ilə Suriyada ABŞ ordusuna qarşı yeni hücumlara icazə verilməməsinə çalışır.

Redaktor.az bu barədə “Washington Post”a istinadla xəbər verir.

Məlumata görə, amerikalı müzakirəçilər münasibətlərdə gərginliyin azalmasına nail olmaq istəyirlər və İrana xəbərdarlıq ediblər ki, ABŞ Suriyada yeni hücumlara, o cümlədən hərbi yolla cavab verməyə məcbur olacaq.

İyunun 14-də “The Wall Street Journal” qəzeti yazıb ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Omanın vasitəçiliyi ilə ötən ilin dekabrında gizli şəkildə İranla danışıqları bərpa edib. Vaşinqton Tehranın nüvə silahı hazırlamaq ehtimalını azaltmaq və İranda saxlanılan amerikalıların azad edilməsinə nail olmaq niyyətindədir. İran hakimiyyəti də öz növbəsində dondurulmuş bank aktivlərini azad etməyə çalışır.

Həmidə İBRAHİMLİ