Britaniya Ukraynaya 3 milyard dollar kredit verəcək

 09:54 21.06.2023     197

Böyük Britaniya Ukraynaya ölkənin bərpası üçün 3 milyard dollar kredit verməyə qərar verib.

Redaktor.az “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə krallığın baş naziri Rişi Sunak bildirib.

O qeyd edib ki, bu kredit üç il ərzində Kiyevə veriləcək və Rusiyanın təcavüzü qarşısında onun iqtisadi sabitliyini gücləndirmək üçün nəzərdə tutulub.

London həmçinin bu il Ukraynaya minalardan təmizləmə, fəlakətlərə yardım dəstləri və enerji layihələri daxil olmaqla 240 milyon funt sterlinq (306 milyon dollar) yardım verəcək.

Bundan əlavə, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles daha əvvəl bildirmişdi ki, London Kiyevə kömək üçün NATO fonduna 60 milyon funt sterlinq (77 milyon dollar) köçürəcək. O, bunu Ukraynaya lazım olan avadanlıq və təlimlərlə təmin etmək üzrə davam edən öhdəliyin bir hissəsi adlandırıb.

Həmidə İBRAHİMLİ