Bayden Çin liderinə "diktator" dedi

 10:23 21.06.2023     271

ABŞ prezidenti Co Bayden Kaliforniyada keçirilən ianə aksiyasında Çin sədri Si Cinpini diktator adlandırıb.

Redaktor.az "BBC"yə istinadla xəbər verir ki, onun açıqlaması ABŞ dövlət katibi Entoni Blinkenin iki supergüc arasında gərginliyi azaltmaq məqsədi ilə Pekində danışıqlar aparmaq üçün Si Cinpinlə görüşməsindən bir gün sonraya təsadüf edir.

Cinpin Pekində bəzi irəliləyişlərin əldə edildiyini, Blinken isə hər iki tərəfin gələcək danışıqlara açıq olduğunu bildirib.

Çin hələ Baydenin şərhlərinə cavab verməyib.

Prezident Bayden həmçinin çərşənbə axşamı yerli vaxtla keçirilən ianə aksiyasında deyib ki, Cinpin ABŞ üzərində orbintindən çıxan Çin casus şarı ilə bağlı son gərginlikdən xəcalət çəkir:

“Bu, diktatorlar üçün böyük biabırçılıqdır. Nə baş verdiyini bilməyəndə...”.

Xatırladaq ki, Vaşinqton və Pekin uzun müddətdir ki, ticarət, insan haqları və Tayvan da daxil olmaqla bir sıra məsələlər üzərində mübahisə edir.

Amma münasibətlər xüsusilə son bir ildə pisləşib.

ABŞ-da seçkilərin yaxınlaşması və Çinlə gərginliyin siyasi məsələyə çevrilməsi ilə bəzi respublikaçı senatorlar Bayden administrasiyasını Çinlə bağlı “yumşaqlığına” görə tənqid atəşinə tutublar.

Tunar Altunbay