Qərb silah tədarükü ilə Ukrayna xalqını məhv etmək istəyir - Zaxarova

 11:00 21.06.2023     354

“Kollektiv Qərb Kiyevə silah tədarükünü artırmaqla Ukrayna əhalisini məhv etməyə çalışır”.

Redaktor.az “TASS”a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Silah tədarükünü bu qədər nifrətlə, canfəşanlıqla və barışmamazlıqla artırmaq Qərbin yalınız Ukrayna əhalisini sadəcə olaraq dərin məhv etmək istəyi sayəsində mümkündür, ”,- deyə o bildirib.

Zaxarovanın sözlərinə görə, bütün amerikalı rəsmilər bəyan edirlər ki, Ukrayna böhranının indi dondurulması, sülh danışıqları, diplomatiya ola bilməz, çünki onların fikrincə, yalnız hərbi əməliyyatlar zamanı bu məsələ həll edilməlidir.

Diplomatın sözlərinə görə, amerikalıların düşündüyü ən son məsələ Ukraynanın əhalisidir.

Həmidə İBRAHİMLİ