ABŞ-dan Ukraynaya daha bir yardım paketi

 13:41 21.06.2023     547

"Rusiya Ukraynada dağıntılar törətməyə davam etdikcə, biz Ukraynanı, Ukraynadakı həyatı, bu ölkəni yenidən bərpa etmək üçün buradayıq.

Redaktor.az xəbər verir ki, bunu Londonda keçirilən Ukraynanın bərpası üzrə konfransda çıxış edən ABŞ dövlət katibi Entoni Blinken deyib.

O, çıxışında ABŞ-ın Ukrayna üçün əlavə yardım paketini elan edib.

Dövlət katibi bildirib ki, ABŞ Konqresi Ukrayna üçün əlavcə 1,3 milyard ABŞ dollar yardım paketini təsdiqləyib. ABŞ-ın Ukraynanın enerji sektoruna yardımı çərçivəsində 520 milyon dollar ayıracağı da qeyd olunub.