Rusiyanın “nüvə triadası” dünyada qlobal güc balansını saxlamağa imkan verir - Putin

 16:30 21.06.2023     305

Ordunun gücləndirilməsi prioritet olaraq qalır, biz silahlı qüvvələri təkmilləşdirməyə davam edəcəyik.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin hərbi universitetlərin məzunları ilə görüşündə bildirib.

Onun sözlərinə görə, zirehli texnikanın, zərbə döyüş sistemlərinin və hava hücumundan müdafiənin ən son modellərinin yaradılması davam etdiriləcək.

Putin ordunun pilotsuz uçuş aparatları ilə təminatının da davam edəcəyini söyləyib.

"Yaxın gələcəkdə yeni ağır raketlə təmin olunuş" Sarmat" döyüş növbəsinə daxil olacaq. Strateji Raket Qüvvələrinin bölmələrinin təxminən yarısı “Yars” kompleksləri ilə təchiz olunub. Rusiyanın “nüvə triadası”nın silahlanması dünyada qlobal güc balansını saxlamağa imkan verir", deyə Rusiya Prezidenti vurğulayıb.