"Ordu ölkənin təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək" - Sergey Şoyqu

 16:51 21.06.2023     327

Rusiya ordusu öz ölkələrinin suverenliyini və təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ali hərbi təhsil müəssisələrinin məzunları ilə görüşündə bildirib.

“Ölkə rəhbərliyi əmin ola bilər ki, silahlı qüvvələrimiz ölkənin hərbi təhlükəsizliyini və suverenliyini təmin etmək üçün hər şeyi edəcək”, - o, bildirib.

Şoyqu deyib ki, Rusiyaya qarşı əsl müharibəni kollektiv Qərb ölkələri aparır və onlar da “Kiyev rejiminə böyük hərbi yardım göstərir”.

Qeyd edək ki, hərbi ali məktəblərin məzunları ilə görüşdə Rusiya Prezidenti Vladimir Putin də iştirak edib. O, Rusiya ordusunun gücləndirilməsinin ölkə üçün prioritet olaraq qaldığını bəyan edib.

Turan İSMAYIL