Putin ordunun təchiz olunduğu əsas raketlərin adını AÇIQLADI

 17:05 21.06.2023     330

“Artıq Strateji Raket Qoşunlarının birlik və birləşmələrinin təxminən yarısı ən son “Yars” kompleksləri ilə təchiz olunub, qoşunlar “Avanqard” hipersəs başlıqlı müasir raket sistemləri ilə yenidən təchiz edilir”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi universitetlərin məzunları ilə görüşündə deyib.

Rusiya lideri vurğulayıb ki, ordunun güclənməsi və inkişafı, ölkənin etibarlı təhlükəsizliyi qeyd-şərtsiz prioritet olub və olaraq qalır. “Yeni çağırışları və əlbəttə ki, "xüsusi hərbi əməliyyat"ın keçirilməsinin əvəzsiz təcrübəsini nəzərə alaraq, biz silahlı qüvvələri hərtərəfli təkmilləşdirməyi davam etdirəcəyik”, - deyən prezident əmin edib və qeyd edib ki, burada ən mühüm vəzifə Rusiyanın hərbi təhlükəsizliyinin və qlobal sabitliyin əsas təminatı olan nüvə triadasının inkişafıdır.

Turan İSMAYIL