Bu ölkədə də 9 May qadağan edildi
Pribaltika ölkələri və Ukraynanın ardınca postsovet ölkəsi kimi artıq Moldovada da 9 May - faşizm üzərində Qələbə Günü artıq dövlət səviyyəsində qeyd olunmayacaq.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bununla əlaqədar Moldova hökuməti müvafiq qanun layihəsini ləğv edib.
Moldova hakimiyyəti faşizm üzərində qələbə gününü 8 may tarixinə keçirib, adını isə İkinci Dünya müharibəsi zamanı həlak olanların şərəfinə Anım və Barışıq Günü qoyub.
Baş nazir Dorin Reçan Nazirlər Kabinetinin iclasında çıxışı zamanı vurğulayıb ki, qərar hökumət tərəfindən müsbət qiymətləndirilir.
Qeyd edək ki, müxalifətdəki partiyalar hökümətin bu qərarını pisləyən bəyanat yayıb.
Tunar Altunbay