Taliban qızların məktəbə getməsini qadağan etdi

 21:10 21.06.2023     490

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının tərəfdarları ölkənin mərkəzində yerləşən Qəznə əyalətində qızların təhsil mərkəzlərinə daxil olmasını qadağan ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü yerli mənbələrə istinadən "Hasht-e Subh" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə,yeni qaydaya əməl edilmədikdə, cəza nəzərdə tutulur.

Mənbələr qeyd edir ki, Əfqanıstandan olan qadınların artıq buraxılmayacağı bəzi təhsil mərkəzlərində xarici dillər tədris olunurdu.

Qəznə əyalətində qızların təlim mərkəzlərinə getməsinə qadağa qoyulması qərarı onun rayonlarından biri olan Caqoridə də oxşar fətvanın qüvvəyə minməsindən sonra verilib.

Taliban tərəfdarları hələlik bu məlumatı şərh etməyiblər.

Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən sonra orta məktəblərdə qızlar və universitetlərdə qızlar üçün dərsləri dayandırıb, universitetlərdə qadınların, o cümlədən professor-müəllim heyətinin iştirakına qadağa qoyub və bütün milli və beynəlxalq təşkilatlarda qadınların işdən çıxarılmasına göstəriş verib.

Bu qərarlar xarici dövlətlər və beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən tənqid dalğasına səbəb olub.

Tunar Altunbay