SSRİ nüvə bombasının yaradıcılarından biri intihar etdi

 20:57 21.06.2023     443

İlk sovet ikipilləli termonüvə bombası "RDS-37"nin yaradıcılarından biri olan Qriqori Klinişov Moskvanın mərkəzindəki mənzildə ölü tapılıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, o, intihar edib.

"Qriqori Klinişov Kosmodamianskaya sahilindəki mənzilində ölü tapılıb. Nüvə fiziki intihar edərək dünyasını dəyişib. O, meyitin yanında qeyd qoyub. Orada qohumları ilə vidalaşıb",- agentliyin məlumatında bildirilib.

Xatırladaq ki, Qriqori Klinişov 1930-cu ildə anadan olub.

Fizika-riyaziyyat elmləri namizədi, 1962-ci ildə Lenin mükafatı laureatıdır.

İlk sovet iki mərhələli termonüvə bombası RDS-37-nin yaradılmasında iştirak edib, həmçinin sonralar bir neçə növ termonüvə bombası hazırlayıb.

Tunar Altunbay