Latviya bütün döyüş helikopterlərini Ukraynaya təhvil verəcək

 20:47 21.06.2023     256

Latviyanın baş naziri Krisjanis Karins deyib ki, Riqa bütün döyüş helikopterlərini Kiyevə təhvil verməyi başa çatdırmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, o, bu barədə Londonda Ukraynanın bərpası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Karins vurğulayıb ki, hazırda bəzi helikopterlər modernləşdirilir, onlar yenidən rənglənir. Bundan sonra onlar Ukraynaya veriləcək.

O, həmçinin qeyd edib ki, Riqa artıq bütün “Stinger” zenit-raket komplekslərini Kiyevə təhvil verib.