Parisdə bina partladı - VİDEO

 22:42 21.06.2023     350

Parisdə partlayış baş verib.

Redaktor.az xəbər verir ki, ilkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Bildirilir ki, partlayışın baş verdiyi bina tamamilə uçub. İnsident nəticəsində xəsarət alan azı 16 nəfərdən 7-sinin vəziyyəti ağırdır.

Partlayışla bağlı məlumatı Fransanın daxili işlər naziri Cerald Darmanin də təsdiqləyib.