Bu ölkədə Qurban bayramına görə yüzlərlə məhbus əfv edildi

 23:26 21.06.2023     495

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Qurban bayramı ərəfəsində minə yaxın insanı əfv edib.

Redaktor.az xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb.

Prezident ölkənin islah və penitensiar müəssisələrindən 988 məhbusun azadlığa buraxılması barədə göstəriş verib.

Xatırladaq ki, Qurban bayramı iyunun 28-29-da qeyd olunacaq.