Numan Kurtulmuş İsveçə xəbərdarlıq etdi: "Yoxsa icazə verməyəcəyik"

 23:53 21.06.2023     331

Türkiyə parlamenti İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Madrid Memorandumunda nəzərdə tutulan terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Əks halda Ankara bu ölkənin alyansına qoşulmağa razı olmayacaq.

Redaktor.az "TRT"yə istinadla xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş bildirib.

"Türkiyə İsveçdən memorandumun öhdəliklərini konkret olaraq yerinə yetirməsini gözləyir. Biz İsveçdə antiterror qanununun qəbulunu müsbət qarşılayırıq, lakin onun həyata keçirilməsi üçün konkret addımlar lazımdır, bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, ərizəni təsdiq etməyəcəyik. ”, - Türkiyə parlamentinin spikeri bildirib.

Tunar Altunbay