Belarus Polşa TIRlarına qadağa qoydu

 11:21 22.06.2023     280

Belarus Polşada qeydiyyatda olan qoşqu və yarımqoşquların, habelə beynəlxalq daşımaları həyata keçirən bu ölkədə qeydiyyatda olan avtomobillərin öz ərazisində hərəkətinə qadağa qoyur, bu barədə respublika hökumətinin müvafiq qərarı milli internet portalında dərc olunub. 

Redaktor.az TASS-a istinadla xəbər verir ki, əvvəllər Belarus Nazirlər Şurasının 22 aprel 2022-ci il tarixli 247 nömrəli qərarı ilə tətbiq edilən qadağa Aİ-yə üzv dövlətlərdə qeydiyyatdan keçmiş yük avtomobillərinin və traktorların respublika ərazisindən hərəkətinə şamil edilirdi.

“Nəqliyyat vasitələrinin hərəkəti haqqında” Belarus Respublikası Nazirlər Şurasının 2022-ci il 22 aprel tarixli 247 nömrəli qərarında: 1-ci bənddə birinci hissə aşağıdakı redaksiyada verilsin: “1. Belarus Respublikasının ərazisindən aşağıdakıların hərəkətinə qadağa qoyulsun: Avropa İttifaqına üzv dövlətlərdə qeydiyyatdan keçmiş yük maşınları və traktorlar (bundan sonra nəqliyyat vasitələri); Polşa Respublikasında qeydiyyatdan keçmiş qoşqular (yarımqoşqular); Polşa Respublikasında qeydiyyatdan keçmiş və fərdi yük qaiməsi və ya beynəlxalq yük qaiməsi "CMR"ə uyğun olaraq beynəlxalq daşımaları həyata keçirən avtomobillər, cümə axşamı dərc edilmiş yeni reqlamentin mətnində deyilir.

Sənəd rəsmi dərc edildiyi gündən on gün sonra qüvvəyə minir.

Tunar Altunbay