“Türkiyədə yeni konstitusiya hazırlanmalıdır” - Numan Kurtulmuş

 12:31 22.06.2023     297

“Türkiyədə yeni konstitusiya hazırlanmalıdır”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

Spiker yeni konstitusiyanın qəbulu prosesində cəmiyyətin bütün təbəqələrinin iştirak etməli olduğunu vurğulayıb.

“Türkiyəni gələcək əsrə daşıyacaq bir konstitusiyaya ehtiyac var. Ailənin qorunması məsələsi də konstitusiya təminatına daxil edilməlidir”, - TBMM sədri deyib.