"Rəhbərliyə müharibənin gedişi barədə yalan məlumatlar verilir" - "Vaqner"in başçısı

 13:18 22.06.2023     287

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov müharibənin gedişi ilə bağlı ölkə rəhbərliyinə yalan məlumatlar verir.

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin “Novıy den” adlı qəzetə cəbhədəki vəziyyətlə bağlı müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində cəbhə xəttinin 25 km-liyində yerləşir.

Y.Priqojin deyib ki, müdafiə naziri və Baş Qərargah rəisi rəhbərliyə “dəhşətli dərəcədə yalan” məlumatlar verir.