"Qərb Kiyevə daha çox texnika verə bilər, lakin səfərbərlik ehtiyatı məhduddur" - Putin

 13:33 22.06.2023     320

Ukraynaya texnika əlavə olaraq verilə bilər, lakin səfərbərlik ehtiyatı məhdudiyyətsiz deyil.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsində bildirib.

"Qərb Kiyevi daha çox texnika ilə təmin edə bilər, səfərbərlik ehtiyatı isə məhduddur. Bu da Qərbin Rusiya Federasiyasına qarşı son ukraynalıya qədər döyüşmək niyyətindən xəbər verir",- dövlət başçısı deyib.

Putin həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatı tükənməyib, rusiyalı komandirlər döyüş işləri apararkən bu reallıqlardan çıxış etməlidirlər.