"Bu il müharibə bitsə, gələn il seçkilər olacaq" - Volodimir Zelenski

 17:00 22.06.2023     393

“Müharibə bu il bitərsə və sülh olarsa, 2024-cü ildə Ukraynada seçkilər keçiriləcək”.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, bu, qlobal məsələdir.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna qanunvericiliyinə görə, seçkilər sülh şəraitində, müharibə olmayan vaxtda keçirilməlidir: "Mən çox istəyirəm ki, gələn il sülh əldə edilsin və həyat müharibədən əvvəlki kimi olsun".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ötən il fevralın 24-də başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən