Ərdoğan Kılıçdaroğlunu həbs etdirir

 19:07 22.06.2023     372

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sonuncu prezident seçkilərində əsas rəqibi Kamal Kılıçdaroğlu həbs oluna bilər.

Redaktor.az“Cumhuriyet”ə istinadən xəbər verir ki, keçmiş prezidentliyə namizədin vəkili Cəlal Çelik bildirib ki, artıq Kılıçdaroğluna qarşı 28 iddia qaldırılıb. Onlar Ankara prokurorluğuna təhvil verilib.

Vəkilin sözlərinə görə, Kılıçdaroğlu Türkiyə parlamentinin deputatı olduğu və toxunulmazlığına malik olduğu üçün iddialarla bağlı araşdırma dayandırılıb. Amma indi Böyük Millət Məclisinə getmədiyi üçün onun belə bir imtiyazı yoxdur.

“Cumhuriyyet” yazır ki, Kılıçdaroğluna qarşı açılan məhkəmə iddialarının əksəriyyəti Ərdoğana qarşı təhqir və ya ittihamlarla bağlıdır. Xüsusilə, keçmiş namizəd hazırkı prezidenti Liviya diktatoru Müəmmər Qəddafi və Rumıniya diktatoru Nikolae Çauşesku ilə müqayisə edib. Jurnalistlərin fikrincə, əksər hallarda iddiaçı tərəf də Ərdoğanın özüdür.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri may ayında iki turda keçirilib. Nəticələrə görə, Ərdoğan 52,14 faiz, Kılıçdaroğlu isə 47,86 faiz səs toplayıb.

Turan İSMAYIL