Latviyada seçki kampaniyasının rus dilində aparılması qadağan edildi

 19:18 22.06.2023     337

Latviya Seymi "Seçki təşviqatı haqqında" qanuna rus dilində seçkiqabağı təşviqat aparılmasının qadağan edilməsini nəzərdə tutan düzəlişləri qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb.

Dəyişikliklərin lehinə 53 deputat, əleyhinə 10 deputat səs verib, 23 deputat bitərəf qalıb.

“Dövlət dilindən istifadə yalnız ödənişli seçkiqabağı təşviqat və təşviqat materiallarına şamil ediləcək, beləliklə, partiyalar, deputatlığa namizədlər öz seçiciləri ilə başqa dildə şəxsən ünsiyyət qura biləcəklər” – Dövlət İdarəçilik və Özünüidarəetmə Komissiyasının sədri Daiga Mierina qeyd edib.

Dəyişikliklərdə göstərilir ki, dövlət dili elektron kütləvi informasiya vasitələrinin televiziya proqramlarında və radio verilişlərində, açıq və qapalı ictimai yerlərdə, dövri nəşrlərdə, bülletenlərdə, kitablarda və çap texnologiyaları ilə hazırlanan digər nəşrlərdə yerləşdirilən təbliğat materialları olmalıdır.

İnternetdə pullu siyasi reklamın mütləq latış dilində olması da gözlənilir.

Bundan əlavə, müəyyən edilib ki, Avropa Parlamentinə seçkilər və bələdiyyə seçkiləri öncəsi seçkiqabağı təşviqat dövründə bu təşviqat materiallarında Avropa İttifaqına üzv dövlətlərin rəsmi dillərinə tərcümə oluna bilər. Belə hallarda dövlət dilindən nə əyani, nə də audio materiallarda istifadə xarici dildəki məzmundan az ola bilməz.

Dövlət Dil Mərkəzi seçki kampaniyasında dövlət dilinin tətbiqi ilə bağlı qanun pozuntularına nəzarət edəcək.

Düzəlişlər latış dilinin seçkiqabağı təşviqat sahəsində - media yayımlarında, ictimai binalarda, qəzet və jurnallarda mövqeyini gücləndirmək məqsədilə irəli sürülüb.

Turan İSMAYIL