Ukraynanın 110 milyard dollara ehtiyacı var - Nazir

 19:25 22.06.2023     277

Ukrayna 2027-ci ilə qədər 110 milyard dollar xarici yardım almalıdır, ona görə də Avropa İttifaqının vəd etdiyi 50 milyard avro bu ehtiyacların yarısını belə ödəməyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu "Politico" qəzetinin Avropa nəşrinə müsahibəsində Ukraynanın maliyyə naziri Serhi Marçenko bildirib və Kiyevin Vaşinqtondan dəstək gözlədiyini vurğulayıb.

"Çərşənbə axşamı Avropa Komissiyası Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro yardım təklif edib. Bu, Ukraynanın büdcə yardımı və bərpa üçün təcili dəstəyə olan ehtiyacının 45%-ni ödəyəcək. Bu, 110 milyard dollar dəyərində qiymətləndirilir", - nazir deyib.

Onun sözlərinə görə, bu, çox yaxşı siqnaldır, lakin Avropa İttifaqının vəsaitləri kifayət deyil, ona görə də Kiyev ABŞ kimi digər əsas tərəfdaşların diqqətini fəal şəkildə cəlb etmək niyyətindədir.

Turan İSMAYIL