Zelenskinin həyat yoldaşı ərindən ayrı yaşayır

 20:48 22.06.2023     231

Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya təhlükəsizlik səbəbi ilə ərindən ayrı yaşayır.

Redaktor.az bu barədə “The Jerusalem Post”a istinadla xəbər verir.

Y.Zelenskaya qeyd edib ki, hər gün işləmək üçün prezident aparatına gedir.

Onun sözlərinə görə, Zelenski təhlükəsizlik baxımından ofisdə gecələyir və o, işdən uşaqların yanına qayıdır.

“Biz bir-birimizi naharda ofisdə görəndə bəxtəvər oluruq”, - deyə Zelenskaya bildirib.

Xatırladaq ki, Yelena  Zelenskaya iyunun 19-da İsrailə səfər edib.

O, səfər etdiyi ölkənin prezidenti İsaak Hersoq və xanımı ilə görüşüb.

Tunar Altunbay