"Ukraynanın NATO-ya üzv olmaq şansı yoxdur" - Almaniya kansleri

 20:56 22.06.2023     236

Ukraynada anladılar ki, ölkənin hazırda Şimali Atlantika Alyansına (NATO) qoşulmaq şansı yoxdur.

Redaktor.az ZDF kanalına istinadla xəbər verir ki, bu sözləri iyunun 22-də Almaniya kansleri Olaf Şolz deyib.

Telekanalı kanslerin sözlərindən sitat gətirib:

“Ukrayna hökuməti özü bəyan edib ki, Rusiya ilə “münaqişə” vəziyyətində olduğu müddətdə NATO-ya qoşulmaqdan söhbət gedə bilməz".

O, həmçinin əlavə edib ki, NATO və Avropa İttifaqı (Aİ) G7 ölkələri ilə birlikdə “effektiv və uzunmüddətli təhlükəsizlik öhdəlikləri hazırlayır.

Bununla bağlı kansler vurğulayıb ki, Ukraynanın real döyüş qabiliyyətinin gücləndirilməsi Qərb üçün əsas prioritetdir.

Tunar Altunbay