ABŞ-ın yeni müdafiə büdcəsi Konqresin komitəsində qəbul edildi

 21:08 22.06.2023     268

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi cümə axşamı axşam saatlarında Ukraynaya hərbi yardım və Avropada Rusiyanı saxlamaq üçün vəsaiti nəzərdə tutan növbəti maliyyə ili üçün 886,3 milyard dollarlıq müdafiə büdcəsinin layihəsini qəbul edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, aəsvermə komitənin internet saytında yayımlanıb.

Təşəbbüsü 58 konqresmen dəstəkləyib, yalnız 1-i əleyhinə çıxıb.

Əvvəlcə 858 milyard dolların ayrılması nəzərdə tutulan büdcə layihəsinə 17 saat davam edən müzakirədə 800-dən çox dəyişiklik qəbul edilib.

İndi sənəd Nümayəndələr Palatasında müzakirə olunacaq.

Layihədə eyd edildiyi kimi, müdafiə büdcəsində Ukrayna üçün ATACMS operativ-taktiki raket sistemləri üçün 80 milyon dollar nəzərdə tutulub. Konqresmenlər həmçinin Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində Kiyevə 300 milyon dollar yardım göndərmək niyyətindədirlər.

Vəsaitlər Ukrayna Silahlı Qüvvələrini taktiki raketlərlə, hücum pilotsuz təyyarələri ilə təchiz etmək, Kiyevi silahla təmin edən ABŞ və müttəfiqlərinin arsenallarını artırmaq üçün istifadə edilməlidir.

Amerikalı qanunvericilər Pentaqon və Rusiya Müdafiə Nazirliyi arasında bir neçə ildir qüvvədə olan əməkdaşlığa qoyulan məhdudiyyəti növbəti dəfə bir il uzatmaq niyyətindədirlər.

Bundan əlavə, konqresmenlər Rusiyaya qarşı Baltikyanı Təhlükəsizlik Təşəbbüsü üçün 225 milyon dollar vəsait ayırılıb.

Qanunvericilər büdcə layihəsinə ABŞ-ın Avropadakı müttəfiqlərinə “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükü, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (UCOM) tərəfindən Şərqi Avropada yeni obyektlərin tikintisi üçün vəsait daxil ediblər.

Xatırladaq ki, 2022-ci il dekabrın sonunda ABŞ prezidenti Co Bayden ölkənin 2023-cü maliyyə ili üçün 858 milyard dollar məbləğində müdafiə büdcəsini imzalayıb.

Senatın Silahlı Qüvvələr Komitəsi müdafiə büdcəsi layihəsinin öz variantını müzakirə etməyə davam edir. O, Konqresin aşağı palatasının layihə komitəsindən fərqlənir.

Qanunverici orqanın hər iki palatası layihənin öz variantlarını təsdiqlədikdən sonra hər iki layihənin təfərrüatlarını razılaşdırmaq üçün komissiya çağırılacaq.

Palatalar razılaşdırılmış sənədə yenidən səs verməli olacaq, bundan sonra imza üçün Baydenə göndəriləcək.

Adətən bütün bu proses qışın başlanğıcına qədər davam edir.

Tunar Altunbay