“Ukrayna lazımi qədər əks-hücum edəcək" - Kuleba

 21:14 22.06.2023     325

Kiyev növbəti əks-hücum üçün Vaşinqtondan vəd etdiyi Abrams tanklarını ala bilər.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu iyunun 22-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna telekanallarına müsahibəsində deyib.

Jurnalistlərlə söhbətində nazir vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin hazırkı əks-hücumuna sonuncu kimi yanaşmaq olmaz.

Kuleba əmin edib ki, “Ukrayna lazımi qədər əks-hücum həyata keçirəcək”.

Qərb tədarüklərindən danışan Kuleba xatırladıb ki, Kiyev artıq Amerikanın Bradley zirehli maşınlarını alıb və Abrams məsələsi “prosesdədir”. O, həmçinin tankların tezliklə gələcəyinə və onlardan bu hücumda istifadə edə biləcəyinə ümid etdiyini bildirib.

Nazir həmçinin etiraf edib ki, bəzi Qərb ölkələri Kiyevə təzyiq edir, əks-hücumda ən böyük nəticələri indi gözləyirlər, çünki gələcəkdə onların dəstək məsələsində mövqeyi dəyişə bilər.

Rusiya ilə danışıqların perspektivləri ilə bağlı sualı cavablandırarkən, o, qeyd edib ki, əgər Rusiya Federasiyası öz qoşunlarını Ukrayna ərazilərindən çıxarsa, bu mümkündür.

Tunar Altunbay