Kiyevdə yenə ümumi səfərbərlik elan edildi

 21:23 22.06.2023     399

Kiyevdə "ümumi səfərbərlik" elan edilib və hərbi xidmətə cəlb olunanların hamısının 10 gün ərzində hərbi komissarlıqlara gəlməsi əmri verilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

10 gün ərzində hərbi komissarlığa gəlmək tələbi hətta şəxsi çağırış vərəqəsi və ya səfərbərlik əmri almamış şəxslərə də şamil edilir.

Sərəncam Kiyevdə qeydiyyatda olmayan, ancaq orada yaşayan şəxslərə də şamil edilir.

Sərəncamda xatırladılır ki, hərbi xidmətdən yayınanlara cinayət işi açılacaq.

Xatırladaq ki, Ukraynada hərbi vəziyyət 2022-ci il fevralın 24-də tətbiq edilib, ertəsi gün prezident Volodimir Zelenski səfərbərlik haqqında fərman imzalayıb.

2 may 2023-cü il tarixində hərbi vəziyyət və səfərbərlik müddəti 90 gün, 2023-cü il avqustun 18-dək uzadılıb.

Tunar Altunbay