Bayden yenə Çin liderindən danışdı
ABŞ Prezidenti Co Bayden hesab edir ki, onun Çin lideri Si Cinpin haqqında söylədiyi fikirlər iki ölkə arasında münasibətlərin normallaşdırılması səylərinə xələl gətirmir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, Amerika lideri daha əvvəl Si Cinpini diktator adlandırıb.
İyunun 22-də Ağ Evdə Hindistanın baş naziri Narendra Modi ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ prezidentindən onun bu açıqlamalarının ikitərəfli münasibətlərə təsiri barədə soruşublar.
"Bu sualın cavabı "yox"dur",- deyə Bayden cavab verib.
"Mən ÇXR rəhbəri Si Cinpinqilə gələcəkdə nə vaxtsa görüşməyi səbirsizliklə gözləyirəm. Düşünmürəm ki, onun haqqında dediklərim buna mane olsun", - ABŞ Prezidenti deyib.
Tunar Altunbay