Zukerberq Maska qarşı döyüşdə favoritdir

 22:49 22.06.2023     396

ABŞ-dakı bukmeker kontorları Amerikanın "Meta" korporasiyasının rəhbəri Mark Zukerberqin "Twitter"in sahibi İlon Maska qarşı döyüşünə mərcləri qəbul etməyə başlayıb.

Redaktor.az Amerikanın "BetUS" bukmeker kontorunun saytına istinadən xəbər verir ki, Zukerberq favorit olub. 

Buna səbəb Zukerberqin sosial şəbəkələrdə tez-tez məşq videoları yayımlaması ola bilər.

İş adamı ciu-citsu ilə də məşğul olur və bu idman növü üzrə yarışlarda iştirak edib.

Mask daha əvvəl Tvitterdə Zukerberqlə rinqdə döyüşmək istədiyini yazmışdı.

"Meta"nın direktoru da öz növbəsində "Twitter" sahibi ilə döyüşməyə hazır olduğunu açıqlayıb.

Bundan sonra Mask duelin keçiriləcəyi yeri seçib.

O, Las-Veqasdakı UFC-nin əsas arenası "Vegas Octagon"u təklif edib və  Zukerberq də razılaşıb.

Tunar Altunbay