"Hədəfləri Ukrayna özü seçir" - Pentaqon

 23:17 22.06.2023     433

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayəti ilə Krım arasındakı Çonqarski körpüsünə hücumunu şərh edib.

Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, Pentaqon sözçüsü Patrik Rayder jurnalistlər üçün keçirilən növbəti brifinqdə bildirib ki, zərbələr üçün hədəfləri Ukrayna özü seçir.

"Bu, onların döyüşüdür. Onlar hədəfləri seçirlər və əməliyyatlar həyata keçirirlər" - o, deyib.

Turan İSMAYIL