"Titan" sualtı qayığının ekipajının ölməsi təsdiqləndi

 23:30 22.06.2023     464

 ABŞ Sahil Mühafizəsi cümə axşamı aşkar edilən qalıqların Atlantik Okeanının sularında itən sualtı "Titan"a aid olduğunu təsdiqləyib. Qalıqların təhlili göstərib ki, sualtı qayığın bütün sərnişinləri həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin kontr-admiralı Con Mauger mətbuat konfransında bildirib.

"Bu səhər Horizon Arctic gəmisindən buraxılan pilotsuz sualtı gəmi dəniz dibində qum örtülmüş quyruğunu aşkar etdi.

Sonradan əlavə qalırlar tapıldı.

Birgə komandanlı məsləhətləşərək, dağıntıların sərnişin kapsulunun fəlakətli itkisinin göstəricisi olduğu qənaətinə gəliblər",- o deyib:

“Ailələrə başsağlığı verirəm”.

Tunar Altunbay