"Bayraktar"ın Ukraynada istehsalı bu tarixdə başlaya bilər
Türkiyənin "Baykar" şirkəti 2025-ci ildə Ukraynada "Bayraktar TB2" və "Bayraktar Akıncı" döyüş PUA-larının istehsalına başlamağı planlaşdırır.
Redaktor.az “Yeni Akit”a istinadla xəbər verir ki, bu barədə gözləyir. şirkətin baş direktoru Haluk Bayraktar məlumat verib.
“Baykarın yerli törəmə müəssisəsi olan "Avia Ventures" MMC-də tikinti işləri plana uyğun olaraq davam edir və açılışı 2025-ci ilə planlaşdırılıb”, - deyə “Yeni Akit” cümə günü onun sözlərindən sitat gətirib.
Şirkət rəhbəri qeyd edib ki, zavodda hazırlıq işlərinin əsas hissəsi görülüb. Onun sözlərinə görə, iyulda zavodun elektrikləşdirilməsi gözlənilir.
2022-ci ilin avqustunda Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı üzrə zavodun tikintisinə başlanacağı məlum olub.
Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib ki, tikinti bir neçə ay çəkəcək və işə salınması 2023-cü ilin sonuna qədər mümkün olacaq.
Lakin Rusiyanın Ukraynanı işğal etməsi plana dəyişiklik etmək məcburiyyəti yaradıb.
Tunar Altunbay