Polşa liderindən Ukraynanı sülhə çağıranlara sərt reaksiya: "Rusiyaya öz ərazinizi verin"

 13:18 23.06.2023     370

Polşa prezidenti Anjey Duda təklif edib ki, Ukraynanı Rusiya ilə "güzəştə" çağıran ölkələr öz ərazilərindən imtina etsinlər.

Redaktor.az  UNİAN-a istinadla xəbər verir ki, güzəşt naminə asanlıqla ərazi güzəştlərinə getməyə hazır olan bəzi liderlər öz dövlətlərinin ərazilərindən imtina etsinlər.

"Ukrayna Donetsk, Luqansk və Krımı geri alsın, kimsə Rusiyaya öz ərazisini versin. Davam edin! Düşünürəm ki, Rusiya Federasiyası məsələn, Aralıq dənizi sahilində gözəl bir parça ərazi alsa, xoşbəxt olacaq", - deyə Duda əlavə edib.

Polşa lideri vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gəlməsinə imkan vermək olmaz, çünki təcavüzkar başqa ölkələrə qarşı da müharibə elan edəcək.

Onun sözlərinə görə, müharibənin ədalətli başa çatması üçün yeganə şərt "Ukraynamızın qələbəsi olacaq".

"Bəzi ölkələr vaxtaşırı Ukraynanı "sülhə doğru addım atmağa" çağırır, lakin təcavüzkar üçün əlverişli şərtlərlə. Bundan əvvəl Çin və Braziliyanın "sülh təşəbbüsləri" təqdim edilmişdi, iyunun əvvəlində isə İndoneziya Ukrayna ilə bağlı ətraflı "sülh planı" ilə çıxış edib. Bu təkliflərin heç birində Rusiya qoşunlarının Ukraynadan çıxarılması nəzərdə tutulmayıb, əksinə sülhməramlıların yeridilməsi və "mübahisəli" ərazilərdə referendumun keçirilməsini nəzərdə tuturublar", - deyə Duda bildirib.

Arzu İSMAYIL