Rus işğalçıları Krımdan çıxır

 16:24 23.06.2023     481

Rusiya qoşunları Çonqarski körpülərində baş verən partlayışlardan sonra Krım ərazisini tərk etmək variantını nəzərdən keçirir. Xüsusən, hərbi komandirlərin əksəriyyəti artıq öz ailələrini və əmlaklarını yarımadadan çıxarıblar.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.

"İşğalçıların özləri üçün nəzərdə tutduqları real ssenarilərdən biri də Krımdan geri çəkilməkdir. İşğal idarəsinin və komandanlığının əhəmiyyətli bir hissəsi bunu dərk edərək, artıq ailələrini, mallarını da çıxarıb".

Bundan başqa, onun sözlərinə görə, işğal olunmuş Krımda bir sıra müəssisələr evakuasiyaya hazırlaşır, o cümlədən Rusiya Federasiyası ərazisinə daşınmaq üçün sənədlərin toplanması ilə məşğuldur.

Sonda Baş Kəşfiyyat İdarəsinin nümayəndəsinin əlavə etdiyi kimi, işğalçıların Krımda təchiz etdiyi səngərlərə nəzər salsanız, onların bəzilərinin materik Ukrayna ilə sərhəddən uzaqda yerləşdiyini görə bilərsiniz.

"Ona görə də, bəli, bu, onların özləri üçün düşündüyü və reallığını başa düşdüyü ssenaridir", - Yusov bildirib.

Tunar Altunbay