Paşinyan keçmiş qubernatoru özünə mətbuat katibi təyin etdi

 17:57 23.06.2023     303

Ermənistanın Şirak vilayətinin keçmiş qubernatoru Nazeli Baqdasaryan Baş nazir Nikol Paşinyanın mətbuat katibi təyin edilib.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, Bağdasaryan bundan əvvəl baş nazirin köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Paşinyanın mətbuat katibi postu 2021-ci ilin noyabrından Mane Gevorqyan onu tərk etdikdən sonra boş qalıb.

Bağdasaryan baş nazirin köməkçisi olmamışdan əvvəl Şirak vilayətinin qubernatoru vəzifəsində çalışıb. Hətta əvvəllər o, hakim “Mülki Müqavilə” partiyasından deputat olub.

Turan İSMAYIL