Ukrayna qısa müddətdə nüvə silahı yarada bilər - Arestoviç

 18:16 23.06.2023     347

"Ukrayna qısa müddət ərzində nüvə silahı yarada bilər".

Redaktor.az TASS-a istindən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Oliksey Arestoviç deyib.

Onun fikrincə, Kiyevə iki təminatdan birinə ehtiyac var:  ya tez NATO-ya daxil olmaq, ya da nüvə silahının yaradılması.

O, Mark Feyqinin "YouTube" kanalında Ukraynanın nüvə silahı yarada biləcəyi sualına cavab verərkən bildirib ki, bu, qısa müddətdə mümkün ola bilər.

İyunun 19-da Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosundan TASS-a bildirilib ki, Kiyev “çirkli” nüvə bombasının yaradılması üzərində işi davam etdirir.

Maraqlıdır ki, Aretoviçin sözləri Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanı guya Zaporojye atom elektrik stansiyasında terror aktı hazırlamaqda ittiham etmək cəhdləri fonunda eşidilib.

Bu, MAQATE-nin baş direktoru Rafael Qrossinin iyunun 23-də Rusiyaya gələcəyi barədə məlumatın ortaya çıxmasından cəmi bir neçə saat sonra edilib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Zelenskinin açıqlamasını növbəti yalan adlandırıb.

Tunar Altunbay