Krım körpüsü bağlandı

 19:59 23.06.2023     437

Rusiyanın işğal etdiyi Xerson vilayəti ilə Krım arasında yerləşən Çonqarski körpüsü Ukrayna hərbçilərinin zərbəsi nəticəsində gözlənildiyindən çox zədələnib, oradakı nəqliyyatın hərəkəti daha 15-20 gün açılmayacaq.

Redaktor.az bildirir ki, bu barədə Xersondakı işğalçı rejimin rəhbəri Vladimir Saldo “Rossiya-24” telekanalının efirində deyib.

"Körpü ilkin olaraq düşündüyümüzdən daha ciddi zədələnib. Körpü yaxın 15-20 gündə, hətta daha çox və orada iş aparılarkən, maşınların hərəkəti uyğun deyil”,- deyə o əlavə edib.

Tunar Altun