Zelenski korrupsioner hərbi komissarı işdən qovdurdu

 20:30 23.06.2023     326

Ukrayna Prezidenti Volodimir Zelenski ötən il Ukraynada hərbi vəziyyət tətbiq edildikdən sonra ailəsi İspaniyada 4,5 milyon dollara daşınmaz əmlak və digər əmlak alan Odessa vilayətinin korrupsiyada şübhəli bilinən hərbi komissarı Yevgeni Borisovu vəzifəsindən azad etməyi əmr edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Zelenski öz Telegram kanalında Ali Baş Komandanın qərargahında iclas keçirdiyini açıqlayıb. “Mən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujniyə təcili göstəriş verdim ki, bütün ölkənin danışdığı yerli çağırış mərkəzinin rəhbəri, Odessa hərbi komissarı adlanan şəxsi dərhal işdən azad etsin” - prezident yazıb.

O, həmçinin bildirib ki, Ukrayna müdafiə nazirinin birinci müavini, general Aleksandr Pavlyukun rəhbərliyi ilə Ukraynanın bütün vilayətlərində hərbi komissarları korrupsiyaya görə yoxlamaq üçün komissiya yaradılması barədə təcili göstəriş verib.

Turan İSMAYIL