Polşalı turist Misirdə rusu döydü - VİDEO

 20:58 23.06.2023     341

"Misirdə Polşadan gələn turist rusiyalıya hücum edib".

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə zərərçəkmiş məlumat verib.

Həmin şəxs bildirib ki, polşalı turist onun ailəsini təhqir edib, daha sonra Səfaqa rayonundakı oteldə onu döyməyə cəhd edib.

Bu, rus turist ailəsi ilə şam yeməyinə gedən zaman baş verib.

Polşa vətəndaşı növbəyə dayanarkən rus turistin oğlu onun yanından keçərkən toxunub. Bu zaman polşalı uşağı virmasa da, ona bərk qışqıraraq rusları söyüb.

Qurbanın sözlərinə görə, oteldə qalan digər avropalı turistlər hadisəyə biganə yanaşıblar.

Tunar Altunbay