"Moskva beynəlxalq cinayətlərə görə cavab verməlidir" - Finlandiya XİN rəhbəri

 21:37 23.06.2023     389

Finlandiyanın yeni xarici işlər naziri Elina Valtonen Rusiyanı beynəlxalq ictimaiyyətdən təcrid etməyə çağırıb və Moskvadan “beynəlxalq cinayətlərə və Ukraynaya vurduğu ziyana görə” cavab verməsini tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" yazıb.

Valtonenin bu bəyanatı Stokholmda isveçli həmkarı Tobias Billström ilə görüşü zamanı səsləndirib.

“Vilnüs sammitində NATO Ukraynaya dəstəyin davamlılığı ilə bağlı aydın mesaj verməlidir. Finlandiya Kiyevə hər cür kömək etməyə davam edəcək”,- o deyib.

Qeyd edək ki, Helsinkidə NATO-ya daxil olduqdan sonra Rusiyaya qarşı düşmənçiliyi daha da artırıb.

İyunun əvvəlində Finlandiya Xarici İşlər Nazirliyi 9 rus diplomatının ölkədən çıxarıldığını elan edib.

Rusiyaya qarşı sət mövqeyil ilə tanınan, rus əsgərlərini öldürməyə çağıran Jussi Halla-aho bu həftə Finlandiya parlamentinin sədri olub.

Tunar Altunbay