Beş ölkə BMT-ni İranın Rusiyaya dron tədarükünü araşdırmağa çağırdı
ABŞ, Fransa, Böyük Britaniya, Albaniya və Ukrayna BMT baş katibini İran və Rusiya arasında hərbi əməkdaşlıq, xüsusilə pilotsuz təyyarələrin tədarükü ilə bağlı araşdırma aparmağa çağırıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.
“Rusiya və İranın hərəkətləri BMT Təhlükəsizlik Şurasının 2231-ci maddəsini pozur. Bu qətnamə bütün ölkələrə, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvlərinə qurumun əvvəlcədən razılığı olmadan bu cür silahların İrandan ötürülməsini qadağan edir. Təbii ki, belə bir təsdiq olmayıb”, - Tomas-Qrinfild bildirib.