Rusiyada nikahdankənar doğulan uşaqların sayı kəskin artıb

 22:15 23.06.2023     306

2022-ci ildə Rusiyada 297 mindən çox uşaq nikahdan kənar doğulub ki, bu da ümumi doğulanların 22,8%-ni təşkil edir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Statistika İdarəsinin (Rosstat) saytında cümə günü dərc edilmiş “Rusiya Federasiyası əhalisinin 2022-ci il üçün təbii artımı” bülletendə bildirilir.

Rosstat cədvəllərinə görə, 2022-ci ildə doğulanların ümumi sayının 22,8%-i rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqlardır.

Bu rəqəm 297 011 körpə olub.

Ən çox 30-34 yaş arası qadınlar nikahdankənar 73 386 körpə dünyaya gətiriblər.

Eyni zamanda, 2022-ci ildə ümumilikdə 1 304 087 nəfər doğulub (bu, 2021-ci illə müqayisədə 6,7% azdır). Onlardan 483 mini anasının birinci övladı olub, 436,3 mini ikinci, 244,9 min üçüncü, 4 min 84,8 min, beşinci 30,2 min, altıncı 10,7 min, yeddinci 4 min, səkkizinci 1,7 min, doqquzuncu uşaq 775, onuncu və daha çox - 724 körpədir.

Agentliyin məlumatına görə, doğulan uşaqların sayına görə ən yüksək göstəricilər 30-34 yaş kateqoriyasındadır - bu yaşda olan qadınlar 377,2 min uşaq dünyaya gətirib. Həmçinin, ötən il yaşı 14-dən az olan analar 236, yaşı 50-dən yuxarı olan analar isə 339 uşaq dünyaya gətirib.

Bundan əlavə, Rosstat uşaqların doğulması ilə ananın təhsili arasındakı əlaqə izlənilib. 

Belə ki, uşaqlardan 582,1 min körpə ali peşə təhsilli analar tərəfindən doğulub. Orta ixtisas təhsilli qadınlar 361,4 min uşaq, orta (tam) ümumi təhsillilər 187,5 min, əsas ümumi - 77,2 min, ibtidai ümumi təhsili olanlar 10,4 min, ibtidai ümumi təhsili olmayanlar isə 3,6 min uşaq dünyaya gətiriblər.

Tunar Altunbay