Hava limanına eniş edən təyyarənin şassisi partladı

 23:59 23.06.2023     597

"Cathay Pacific" aviaşirkətinə məxsus sərnişin təyyarəsi eniş şassisinin partlaması səbəbindən Honq-Konqa məcburi eniş edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Honq-Konqun RTHK telekanalının məlumatına görə, 18 nəfər xəsarət alıb.

Bildirilib ki, təyyarə Honq-Konqdan Los-Ancelesə gedib. Uçuş zamanı eniş aparatlarından biri həddən artıq qızıb və partlayıb, bundan sonra ekipaj Honq-Konqa qayıtmaq qərarına gəlib.

Turan İSMAYIL