Ukraynada işğalçıların son sutkada itkiləri - FOTO

 09:26 24.06.2023     522

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 223910 (+580) nəfər canlı qüvvəsi, 4024 (+7) tank, 7804 (+6) ədəd zirehli döyüş maşını, 4015 (+30) ədəd artileriya sistemi, 697 (+2) reaktiv yaylım atəşi sistemi, 383 (+4) hava hücumundan müdafiə sistemi, 314 (+0) təyyarə, 308 (+0) helikopter, 3460 (+13) PUA, 1228 (+14) qanadlı raket, 18 (+0) gəmi, 6731 (+23) avtomobil texnikası və avtosistern, 548 (+3) xüsusi texnikası məhv edilib.

Tunar Altunbay